ABŞ və İsraildən İrana xəbərdarlıq

14-10-2021, 08:34           
ABŞ və İsraildən İrana xəbərdarlıq
ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonda İsrail və BƏƏ XİN rəhbərləri Yair Lapid və Abdullah bin Zayed əl Nəhyan ilə görüşüb.

İsrail və ərəb dövləti arasındakı münasibətlərin normallaşmasının ildönümünə həsr olunmuş görüşdən sonra ortaq mətbuat konfransı təşkil edilib.

Tədbirdəki çıxışı zamanı Blinken İranın nüvə silahı əldə etməməsi barədə ABŞ-ın digər ölkələrlə həmfikir olduğunu bəyan edib. O, zamanın azaldığını və İranın öz yolundan dönməyəcəyi halda diplomatiyaya alternativ digər vasitələrin nəzərdən keçiriləcəyini bildirib.

Yair Lapid isə İranın hər ötən gün nüvə silahı əldə etməyə bir az da yaxınlaşdığı qeyd edib. O, İsrailin müdafiə haqqını özündə saxladığını bir daha xatırladıb və hər kəsin “digər vasitələr” ifadəsinin əsl mənasını anladığını vurğulayıb.(TRT)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru