Paşinyanın Qarabağla bağlı yeni planı üzə çıxdı - "Joğovurd" tezisi

15-10-2021, 00:01           
Paşinyanın Qarabağla bağlı yeni planı üzə çıxdı - "Joğovurd" tezisi
“Ermənistanda hakimiyyət bir tezis irəli sürür. Bu tezisə görə, Qarabağın (qondarma qurum - red.) “hazırkı hakimiyyəti” istefa verərsə, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq Qarabağa heç bir maliyyə dəstəyi verməyəcək”.

EDNews.net xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qeyd olunub ki, bu tezis müxtəlif dairələrdə qızğın müzakirələrə səbəb olub və Qarabağa çatıb.

“Ermənistan Maliyyə Nazirliyi tərəfindən təqdim edilən 2022-ci il büdcə layihəsi ilə Qarabağa 144 milyard dram veriləcək. Layihəyə görə, Qarabağ üçün nəzərdə tutulan büdcə krediti illik 0,01 faiz göstəricisi ilə 2026-cı il yanvarın 1-nə qədər ödənmə şərti ilə verilir”, - deyə nəşr bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru