Rusiya və ABŞ arasında strateji hücum silahlarının azaldılması ilə bağlı görüş keçirilib

15-10-2021, 08:14           
Rusiya və ABŞ arasında strateji hücum silahlarının azaldılması ilə bağlı görüş keçirilib
Rusiya və ABŞ Strateji Hücum Silahlarının məhdudlaşdırılması haqqında START-3 müqaviləsinin həyata keçirilməsi ilə bağlı məsləhət komissiyasının növbəti iclasını keçirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, START-3 müqaviləsinə uyğun olaraq yaradılan ikitərəfli məsləhət komissiyasının 19-cu iclası Cenevrədə keçirilib.

ABŞ və Rusiya nümayəndə heyətləri tətbiqlə əlaqədar praktiki məsələlər ətrafında müzakirələrini davam etdiriblər.

Qeyd edək ki, START-3 Müqaviləsi 2011-ci ilin fevralında qüvvəyə minib. Şərtlərə əsasən, tərəflər nüvə arsenalını azaldacaq ki, 7 il ərzində qitələrarası ballistik raketi, sualtı qayıqlarda və ağır bombardmançı təyyarələrdə ballistik raketlərin sayı 700, döyüş başlıqlarının sayı isə 1 550-ni keçməməlidir.

2021-ci ilin əvvəlində müqavilə daha 5 il müddətinə uzadılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru