Hindistanla ermənilərin tarixi kökən birliyi barədə bəyanatların təhlili qaraçılığa gedib çıxır...
15-10-2021, 10:12

Qasım Hacıyev: “Hindistanın xarici işlər nazirinin ermənilərin qaraçı mənşəyinə eyham vurması təsadüfi deyil”
Hindistanın xarici işlər naziri Suvarmanyam Cayşankar Ermənistana səfəri çərçivəsində iki xalqın, ölkənin “tarixi bağları” barədə danışıb.
Onu qarşılayan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana "Çox sevinirəm ki, bu gün mənim dövlətimlə tarixi bağlılığı görürəm" deyən hindistanlı nazir bununla ermənilərin Hindistan qaraçıları olduğuna işarə vurub. Ermənistan adlandırılan dövlətin cəmi yüz il tarixi var və onun qədim dövlətçilik ənənələri olan Hindistanla dövlət kimi tarixi əlaqəsi ola bilməz. Yalnız hayların Hindistan qaraçıları olması baxımından hindlilərlə hansısa bağlarından danışmaq olar.
Ümumiyyətlə, son on-on beş ildə Ermənistana rəhbərlik edənlər Hindistanla “qohumluq” əlaqələrini tez-tez qabardıblar. Xatırlayırsınızsa, Serj Sarkisyan Ermənistan prezidenti olduğu dövrdə 2017-ci ildə Hindistanda rəsmi səfərdə olarkən Hindistanın Aqra şəhərində yerləşən və dünyanın 7 möcüzəsindən biri sayılan möhtəşəm Tac Mahal memarlıq abidəsini də ziyarət etmişdi. Abidənin gözəlliyindən “vəcdə” gələn Sarkisyan elə oradaca gülməli bir açıqlama vermişdi ki, Tac Mahalın inşasında erməni ustalarının da “əməyi” olub. “Memarlıq kompleksinin inşasına erməni ustaları da öz töhfəsini verib” - deyə bildirən S.Sarkisyan bu açıqlaması ilə gülməli vəziyyətə düşmüşdü. İndə də Hindistanın xarici işlər naziri Suvarmanyam Cayşankar ermənilərlə tarixi yaxınlıqdan danışıb.
“Bir neçə il əvvəl Sarkisyanın özünü Hindistanda biabır etməsi, yəqin ki, yadınıza gəlir”
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, XVIII əsrdə haylar İsveçrədə mərkəz yaradıb hayların saxta tarixini düzəltməyə, qədim mənbələrə hay sözü əlavə etməyə başladılar. Q.Hacıyevin sözlərinə görə, “Hay tarixi” adı altında çoxlu “mənbələr” düzüb-qoşdular ki, bu barədə çox danışılıb. “Hətta Vartapeşdən, Yenişeydən tutmuş Moisey Xorenliyə qədər əksəriyyəti ya hay deyil, ya da ki, qondarma tarixçi kimi təqdim edilib, o adların çoxu uydurmadır. Bu öz yerində. Hayların mənşəyi ilə bağlı son dövrlər xeyli tədqiqatlar aparılıb və bunlardan da bizim xəbərimiz var. Harada yarandıqları, haradan köçüb haralara gəldikləri, yerdəyişmələri, qovulmaları tədqiq edilib və ortaya dəqiq məlumatlar çıxarılıb. Özlərinə gah hay deyirlər, gah Urartu ilə bağlayırlar, Urartunu “öz dövlətləri” kimi qələmə verdilər. Bunlar da doğru deyil. Ermənilər nə yazıblarsa hamısı saxtadır. Nə Urartudan əl çəkirlər, nə də Hayıstanı Hindistana yamaq etməkdən. Hayların nə qədim dövlətçiliyi, nə dövlət atributları, nə əlifbası, nə yazı mədəniyyətləri, nə də bir yazılı mənbələri var. Hayların mənşəyinə gəlincə, dəfələrlə biz də demişik, tədqiqatlar da bizim dediklərimizi tamamilə təsdiqləyir ki, haylar bir neçə millətin qarşığından yaranıb, onlar bir qrup şəklində Egey dənizinin sahillərindən, Balkan yarımadasından adlayaraq ön Asiyaya keçiblər, bir müddət Romada, Bizans imperiyasının tərkibində olublar. Oradan ayrıldıqdan sonra ilk məskən saldıqları Dəclə və Fərat çaylarının axınları boyu olub… Orada yaşamağa başlayan haylar başqa tayfalarla da birləşdilər. Bu necə baş verib? Müharibələr özü ilə parçalanmalar, köçlər gətirir. Haylar da Hindistandan köçüb gələn bir qrup qaraçı və bir qrup farsla birlikdə “yeni mənşə” yaradıblar. Sonradan aparılan tədqiqatlardan məlum olur ki, haylar Hindistan qaraçıları və bir qrup farsla birləşib, qaynayıb-qarışıb hibrid bir toplum yaradıblar. Hay adı altında yaranan bu hibrid toplum Dəclə və Fərat çayları boyunca bir müddət yaşadıqdan sonra müxtəlif yerlərə səpələniblər, nə bir dövlətləri, bir bir məkanları olub, qaraçı kimi ordan-ora burden-bura köçüblər. XIX əsrdə böyük dövlətlər tərəfindən Qafqaza köçürülüblər, XX əsrdə də onlara dövlət yaratdılar. XIX əsrdə yaranmış “Daşnaksütyun” partiyası öz nizamnaməsində müəyyən qəribə qeydlər edib. Nizamnamələrində göstərilir ki, harada türk gördünüz öldürün. Hətta haylara öz məqsədlərinə çatmaq üçün insanlara terror etməyə də icazə verilirdi. O dövrdə kim haylara ya qaraçı, ya da qaraçıdan dönmə deyirdisə, “Daşnaksütyun” tərəfindən onlara ağır cəza kəsilirdi”.
Q.Hacıyev bildirdi ki, haylar öz mənşəyini nə qədər dansalar da, artıq bunu gizlədə bilmirlər: “Hindistanın xarici işlər nazirinin ermənilərin qaraçı mənşəyinə eyham vurması təsadüfi deyil. Nazir orada bircə qaraçı sözünü işlətmir, sadəcə bir kökdən olduqlarını deyib. Hindistanın qayda-qanunlarına tabe olmayan qaraçılar hayların mənşəyinin formalaşmasında iştirak edib. Haylar heç zaman Hindistan mədəniyyətində, abidələrinin yaradılmasında iştirak etməyib. Bir neçə il əvvəl Sarkisyanın özünü Hindistanda biabır etməsi, yəqin ki, yadınıza gəlir. O özünü biabır edərək, guya Tac Mahalın tikintisində erməni ustalarının iştirak etdiyini demişdi. Amma əslində belə deyil. Hindistan qaraçılarının o cür möhtəşəm abidənin inşasında iştirakı heç cür mümkün deyildi. Hindlilərlə onların mənşəyi eyni deyil, Hindistan qaraçıları ilə hayların mənşəyi birdir, necə yarandığını isə sizə dedim”-deyə Q.Hacıyev vurğuladı.
İradə SARIYEVA
Mənbə: Bakixeber.com