İranın müxalifətçilər qrupu Şotlandiya Polisinə ölkə prezidenti İbrahim Rəisinin soyqırım törətməsi və insan haqlarını pozmasıyla bağlı şikayət ediblər.
Axar.az xəbər verir ki, bu məlumatı “Frans Press” agentliyi yayıb. Məlumata görə, şikayətçilər içərisində İran Milli Müqavimət Şurası da yer alıb. Şuranın üzvü Hüseyn Abdini yaydığı açıqlamada Rəisinin 1988-ci ildə 30 min siyasi məhbusun öldürülməsində günahkar olduğunu bildirib:
“Rəisi İran rejiminin yüksək vəzifəli siması kimi soyqırıma və insan haqlarına qarşı çoxsaylı cinayətlərinə görə məsuliyyətə cəlb edilməlidir. Beynəlxalq ictimaiyyət tədbirlər görməlidir ki, 1988-ci il qırğınında Rəisinin rolunu araşdırsın”.
Abidin Rəisini BMT sammitində iştirak üçün Qlazqoya gələcəyi halda həbs etməyə çağırıb.