Parlament “Müstəqillik Günü haqqında” qanunu qəbul etdi, 1 nəfər əleyhinə səs verdi

15-10-2021, 12:23           
Parlament “Müstəqillik Günü haqqında” qanunu qəbul etdi, 1 nəfər əleyhinə səs verdi
Milli Məclisdə “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Birinci vitse-spiker Əli Hüseynli layihə barədə danışarkən bildirib ki, qanun layihəsi çox əlamətdar dövrə təsadüf edir.

Deputat qanunun müstəqilliyimizin bərpasının 30-cu yubiley ilinə və torpaqlarımızın işğaldan azad olunmasından sonraya təsadüf etdiyini xüsusi vurğulayıb və layihənin əhəmiyyətindən danışıb. Ə.Hüseynli müzakirələr zamanı səslənən bir sıra çıxış və təklifləri qiymətləndirdi və redaktə xarakterli müəyyən düzəlişlərin edildiyini vurğulayıb.

Bundan sonra qanun layihəsi səsə qoyuldu və 1 nəfər əleyhinə olmaqla qəbul edilib.musavat












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.