Erməni təxribatının səbəbkarı İrandır – Fransız politoloq

16-10-2021, 11:09           
Erməni təxribatının səbəbkarı İrandır – Fransız politoloq
Erməni hərbçiləri belə bir addım atıbsa, deməli, Ermənistan tərəfi atəşkəs şərtlərinə əməl etməyib və bu, çox cidd bir məsələdir.

Bu sözləri Axar.az-a fransız ekspert Naim Asas Ermənistanın Qarabağdakı son təxribatları barədə danışarkən deyib.

Onun sözlərinə görə, bu cür təxribat son dərəcə təhlükəli olduğu üçün Azərbaycan hakimiyyəti Rusiya və Türkiyədən müdaxilə etməsini istəməlidir:

“İran qoşunlarının Azərbaycan sərhədləri tərəfdə hərəkətliliyinin bu məsələdə çox böyük əhəmiyyəti var. Belə bir təxribatın arxasında başqa bir müharibəyə başlaya biləcək görünməz əllərin dayandığı güman edilir”, – deyə fransız mütəxəssis bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru