Bakı və Tiflis arasında nümunəvi əlaqələr... - Darsaliya

17-10-2021, 17:13           
Bakı və Tiflis arasında nümunəvi əlaqələr... - Darsaliya
Azərbaycan və Gürcüstan inkişaf yolunda hər zaman bir-birinə dəstək olub.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə ilə keçirilən marafonun mükafatkandırılma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qonşu Arərbaycanla dostluq münasibətləri əsrlərə söykənir:

"Əlaqələrimiz ildən-ilə inkişaf edir, münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Gürcüstan və Azərbaycan hər zaman bir sıra sahələrdə birgə uğurlu əməkdaşlıq edib, nəqliyyat və energerika sahəsində önəmli layihələr həyata keçirib. On illərdir ki, Azərbaycan Gürcüstanın əsas ticari tərəfdaşdır. Ölkələrimiz arasında siyasi əməkdaşlıq da yüksək səviyyədədir".

XİN rəsmisi qeyd edib ki, rəsmi Bakı və Tiflis arasında nümunəvi əlaqələr mövcuddur.

L.Darsaliyanın sözlərinə görə, regionda sabitlik və sülhün bərqərar olması Gürüstan və Azərbaycanın ortaq məqsədidir.

O, dost və qardaş Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru