"Taliban" Moskvaya gedir

18-10-2021, 11:04           
"Taliban" Moskvaya gedir
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş «Taliban»ın nümayəndələri - eks-prezident Həmid Karzay və milli barışıq üzrə Ali Şuranın başçısı Abdulla Abdulla oktyabr ayında Əfqanıstandakı situasiya üzrə məsləhətləşmələr üçün Moskvaya gedəcəklər.

«Abdulla və Karzay və taliblərin nümayəndələri danışıqlar üçün Moskvaya yola düşəcəklər» - diplomatk mənbə TASS agentliyinə deyib.

Bu həftə Rusiya XİN nümayəndəsi Mariya Zaxarova xəbər verib ki, oktyabrın 20-də Moskva formatında Əfaqanıstan üzrə məsləhətləşmələr olacaq.

«Taliban» hökumətindən olan Əfqanıstan XİN mətbuat katibi Əbdül Kahar Bəlxi «Tvitter»də yazıb ki, onları müvəqqəti hökumətin sədr müavini Mövlani Əbdül Salam Hənəfi təmsil edəcək.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.