Ukraynadan maraqlı addım: “Şimal axını-2” layihəsinin operatoru olmaq üçün müraciət etdi

19-10-2021, 00:03           
Ukraynadan maraqlı addım:
Ukraynanın “Naftoqaz şirkəti “Şimal axını-2” nin sertifikatlaşdırılması üçün Almaniya Şəbəkələri Federal Agentliyinə müraciət edib.

Ovqat.com-un məlumatına görə, şirkətin rəhbəri Yuri Vitrenko bunu rəsmən açıqlayıb.

Vitrenko bildirib ki, Kiyev "Şimal axını-2” layihəsinin operatorluğuna iddialıdır və onun sertifikatlaşdırılmasında iştirak edəcək.

Qeyd edək ki, Avropa İttifaqı qanunvericiliyinə görə, intisarçılığın qarşısını almaq üçün istənilən böyük şirkət həm istehsalçı, həm də tədarükçü ola bilməz. “Şimal axını-2” boru kəmərini çəkən “Qazprom” da Avropaya ixrac etdiyi qazın operatorluğunu başqa şirkətlə bölüşməlidir. Ukrayna da məhz bu hüquqdan istifadə edib layihənin operatorluğunu iddiasını irəli sürüb.

Xatırladaq ki, "Şimal axını-2" qaz kəməri Rusiya sahillərindən Baltik dənizi vasitəsilə Almaniyaya qədər çəkilib. Ümumi gücü ildə 55 milyard kubmetr olan iki xətdən ibarətdir. Obyektin tikintisi sentyabrın 10-da başa çatıb. Sertifikat alma prosesi isə hələ də davam edir. Bu prosesin bir neçə ay çəkə biləcəyi gözlənilir. Alman tərəfi prosedur üçün sənədlər paketinin hələ sentyabr ayında alındığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru