Rusiya NATO ilə əməkdaşlığı dayandırır

19-10-2021, 07:09           
Rusiya NATO ilə əməkdaşlığı dayandırır
Rusiya Federasiyası Şimali Atlantika Alyansının(NATO) Rusiyanın daimi nümayəndəliyinin səkkiz əməkdaşının akkreditasiyasını ləğv etmək qərarından sonra noyabr ayının əvvəlindən etibarən NATO-dakı daimi nümayəndəliyinin işinin dayandırdıqlarını elan edib.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat yayıb.

S.Lavrov onu da bildirib ki, NATO-nun Moskvadakı məlumat bürosunun fəaliyyətinə də son qoyulur.

S.Lavrov bu barədə NATO-nun Beynəlxalq Katibliyinin məlumatlandırıldığını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru