Əhmədinejatın müşavirindən Bakı ilə bağlı ƏSASSIZ İDDİA: "Bu çıxış qalmaqal yarada bilməz"

20-10-2021, 11:34           
Əhmədinejatın müşavirindən Bakı ilə bağlı ƏSASSIZ İDDİA:
“İranla Azərbaycan arasındakı gərginlik azalmağa doğru gedir”.

Bu sözləri İranın altıncı prezidenti Mahmud Əhmədinejatın müşaviri və bütün seçki kampaniyalarının rəhbəri olmuş Abdolreza Davarinin “Twitter” hesabında Heydər Əliyev Mərkəzinin fotosunu paylaşaraq “Bakı, otuz ikinci əyalət” alt yazısına münasibət bildirən Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, politoloq Elman Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İran-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik artıq bitməyə doğru gedir. Bu baxımdan gərginliyi artırmaq üçün ortaya atılan hər iddia özünü doğrultmayacaq:

“Soyuq mübarizənin əlamətlərindən biri də tərəflərin iddiaları olur. Bu iddialar bəzən əsassız, bəzən də əsaslı olur. Amma Davarinin bu hərəkəti əsassız iddialardandır. Davari sabiq prezident Əhmədnejatın zamanında önəmli şəxs ola bilər, ancaq indi bu tipli çıxışı dövlətin rəsmi adından getmədiyi üçün iki tərəf arasında böyük qalmaqal yaratmaz. Davari əvvəllər də pafoslu çıxış edənlərdən olub. İranla Azərbaycan arasındakı bu gərginlik azalmağa doğru gedir və getməlidir. Çünki hazırda İran tərəfinin qonşuları ilə konflikt yaşaması ona heç cür sərf eləməz”.

Gülşən Şərif












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.