"Paşinyanın pərdə arxası qərarları Ermənistanı çökdürəcək" - Aşotyan

20-10-2021, 15:48           
"Paşinyanın pərdə arxası qərarları Ermənistanı çökdürəcək" - Aşotyan
Ermənistanın sabiq təhsil naziri, “Respublikaçı”lar partiyasının sədr müavini Armen Aşotyan sensasion açıqlamaları ilə yenidən gündəm yaradıb.

Unikal.org xəbər verir ki, o, Nikol Paşinyanın erməniləri sakitləşdirmək üçün yalan vədlər verdiyini və həqiqətləri onlardan gizlətdiyini vurğulayıb.

"Nikol erməni xalqından təkcə daxili həyatı, müharibədən sonrakı müharibə itkiləri haqqında məlumatları deyil, həm də xarici dünyada və bölgədə baş verən son hadisələr kontekstində prosesləri gizlətməyə davam edir

Aşotyan, "Ermənistan 3+3 ətrafında gedən proseslərdə iştirak etmək üçün hansı şərtlərlə razı olmasını xəbərini belə bizlərdən gizli saxlayır. Ümumiyyətlə, Paşinyanın gizlilik siyasəti - pərdə arxası gələcəyimizlə, erməni xalqı ilə bağlı qərarları həm kapitulyasiyaya, həm də iqtisadi çöküşə səbəb olacaq", - deyə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru