İran sürücülərinə Qarabağdan yük daşımağı qadağan etdi

20-10-2021, 18:35           
İran sürücülərinə Qarabağdan yük daşımağı qadağan etdi
İranlı sürücülərin və vətəndaşların Azərbaycanın Qarabağ bölgəsinə və Laçın rayonunan girişi qadağan edilib.

Teref.az İranın “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Avtomobil Yolları və Yol İdarəsi Təşkilatının baş direktoru Məhəmməd Cavad Hidayəti bildirib.

O İranın nəqliyyat şirkətlərinə göndərdiyi məktubda iranlı sürücülərin və vətəndaşların Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və Laçın rayonuna girməsinin qadağan edildiyi yazıb.

Sirkulyasiyaya əsasən, Qarabağ bölgəsi ilə hər hansı bir ticarət müqaviləsinin imzalanması və gəmiçilik şirkətləri tərəfindən nəqliyyat sənədlərinin verilməsi qadağan edilib.

Xatırladaq ki, Azərbaycan hərbçiləri demarkasiya prosesinə uyğun olaraq Gorus-Qafan yolunun təxminən 21 kilometrlik hissəsinə nəzarəti ələ aldıqdan sonra, burada nəzarət-buraxılış məntəqələri qurublar. Bundan sonra isə İrandan Ermənistana qanunsuz yük daşıyan iranlı sürücülərdən yol vergisi tələb edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.