Ermənistanın nümayəndə heyəti azərbaycanlı Emin Hacıyevin namizədliyinə səs verəcək – Mirzoyeva

21-10-2021, 00:07           
Ermənistanın nümayəndə heyəti azərbaycanlı Emin Hacıyevin namizədliyinə səs verəcək – Mirzoyeva
Parlamentin “Ermənistan” fraksiyasından olan deputatı Zemfira Mirzoyeva 20-23 oktyabr 2021-ci il tarixlərində Sankt-Peterburqda keçiriləcək MDB Üzv Dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının on altıncı iclasında iştirakdan imtina edib.

KONKRET.az xəbər verir ki, “Yerevan Today”a müsahibəsində o qərarının səbəblərini açıqlayıb:

“Bəli, məlumat doğrudur. Bu qərarın səbəbi çox aydındır. İclasda həm də assambleyanın koordinatoru seçilməlidir və namizəd Azərbaycan nümayəndəsi Emin Hacıyevdir. Əldə etdiyim məlumata görə, nümayəndə heyətimiz həm də səs verməlidir. Bu mənim üçün qəbuledilməzdir. Necə ola bilər ki, mənim iki xalqıma qarşı cinayət törətmiş dövlətin (Azərbaycan – red.) nümayəndəsinə səs verim. Bunu təsəvvür edə bilmirəm” – deyə Zemfira Mirzoyeva vurğulayıb.

Mirzoyevanın Azərbaycanı cinayət törədən tərəf kimi təqdim etməsi kənardan çox gülünc görünür. Çünki bütün dünya təkcə Xocalıda ermənilərin azərbaycanlılara qarşı soyqırım törətdiyini çox yaxşı bilir və bu hadisə 20-ci əsrin ən qatı cinayəti hesab olunur.

Qeyd edək ki, rotasiyaya uyğun olaraq təşkilatda koordinasiya Azərbaycana keçəcək. Tədbirə Milli Məclisin MDB Gənclər Gənclər Parlamentlərarası Assambleyasının parlament üzrə nümayəndə heyətinin rəhbəri Emin Hacıyev moderatorluq edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.