ABŞ Senatı Çinə qarşı yeni sanksiyaları bəyənib

21-10-2021, 07:31           
ABŞ Senatı Çinə qarşı yeni sanksiyaları bəyənib
ABŞ Senatının Beynəlxalq münasibətlər komitəsi elan edib ki, Çinin bir sıra fiziki və hüquqi şəxslərinə yönləlik sanksiyalar tətbiq olunması barədə qanun layihəsini bəyənib. Sanksiyalar Pekinin mübahisəli Cənubi-Çin və Şərqi-Çin dənizi rayonlarındakı fəaliyyəti ilə əlaqəlidir.

«Beynəlxalq münasibətlər üzrə komitə bugünkü iclasında 1657 №-li qanun layihəsini təsdiqləyib» - komitənin xəbərində deyilir. Xəbər Tvitterdə dərc olunub.

Komitənin saytında izah olunduğu kimi, qanun layihəsi Çinin fiziki və hüquqi şəxslərinə qarşı sankiya tətbiq olunmasını nəzərdə tutur. Bu şəxslər mübahisəli Cənubi-Çin və Şərqi-Çin dənizlərində müəyyən fəaliyyətdə iştirak edirlər.

Məhdudiyyət xüsusilə ABŞ-dakı mülkiyyətin bloklanmasını və bu sanksiyalar altına düşən şəxslərə Amerika vizasının verilməməsini nəzərdə tutur.

Qanun layihəsində dəqiqləşdirildiyi kimi, bu fiziki şəxslər və şirkətlər sanksiya altına düşürlər ki, onlar ASEAN rayonu ölkələri tərəfindən iddia olunan ərazilərdə layihələr həyata keçirirlər və bu rayonlarda sülhü və sabitliyi təhdid edən tədbirlərdə iştirak edirlər.

İndi qanun layihəsi Amierika Konqresinin bütün palatalarının təsdiqini almalıdır.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru