ABŞ Səfirliyindən viza ilə bağlı çağırış

21-10-2021, 08:07           
ABŞ Səfirliyindən viza ilə bağlı çağırış
ABŞ-ın Azərbaycandakı Səfirliyi viza məsələləri ilə bağlı müraciət yayımlayıb.

Müraciətdə deyilir:

"Aldanmayın! Müxtəliflik Vizasına müraciət üçün ödənişli xidmət göstərən şirkətlərin xidmətlərindən istifadə nəinki gərəksizdir, hətta viza müraciət formanızı dolduran şirkət səhv buraxarsa, viza almamağınızla nəticələnə bilər.

Müxtəliflik Vizası müraciət formasında məlumatlarınızın düzgün və tam olmasını təmin etmək üçün məsuliyyət sizin üzərinizdədir. Lazımsız xərclərdən və müraciətinizin rədd edilmə riskindən çəkinin - Müxtəliflik vizasına müraciət formasını rəsmi veb saytında özünüz doldurun”.

Səfirlik məsələ ilə əlaqədar bir neçə informasiyanın linkini də paylaşıb.

Qeydiyyatı yalnız rəsmi sayt vasitəsi ilə aparın: https://dvprogram.state.gov

Təlimatlar: https://travel.state.gov/.../diversity-visa-instructions...

Fırıldaqçılıqdan çəkinin: https://travel.state.gov/.../visa-information.../fraud.html












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru