Tramp özünün sosial şəbəkəsinin fəaliyyətə başlayacağını açıqlayıb 21-10-2021, 09:16 ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün "TRUTH Social" şəbəkəsinin açılacağını açıqlayıb.Trend-in məlumatına görə, bu barədə The Hill qəzeti xəbər verib.D.Tramp bildirib: "Böyük texnologiyaların zülmünə müqavimət göstərmək üçün TRUTH Social və TMTG (Trump Media & Technology Group) şirkətini yaratdım".ABŞ-ln keçmiş prezidenti tezliklə "TRUTH sosial şəbəkəsində həqiqəti" dərc edə biləcəyinə görə sevincini ifadə edib:"Şadam ki, tezliklə sosial həqiqətlə bağlı fikirlərimi bölüşməyə başlayacağam və Böyük Texnologiyalara qarşı mübarizə aparacağam". Facebook-da paylaş