Qərb Paşinyandan üz döndərir? – "Sorosçular" ayağa qalxırlar

21-10-2021, 16:31           
Qərb Paşinyandan üz döndərir? –
Səfirlik birbaşa bəyan etdi ki, Ermənistanda insan haqları və demokratiya sahəsində ciddi reqress qeydə alınıb.
Son zamanlar Ermənistan rəhbərliyinin davranışları Qərbdə və beynəlxalq strukturlarda açıq narazılığın artması ilə nəticələnib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" nəşri məlumat verib.
"Bunu "sorosçular"ın narazılığı və Qərb tərəfindən maliyyələşən KİV-in məlumatları göstərir. Sonuncular hökumətyönlü mövqedən hakimiyyətin sərt şəkildə tənqidçisi xəttinə keçib. Lakin digər sübutlar da var", - deyə "Qraparak" yazır.
Nəşr qeyd edir ki, ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaş cəmiyyətləri və müxalifət daxil olmaqla müxtəlif dairələrlə görüşür və ölkədə baş verənlərdən narazılığını gizlətmir: "Səfirlik birbaşa bəyan etdi ki, Ermənistanda insan haqları və demokratiya sahəsində ciddi reqress qeydə alınıb. Narahatlıq ilk növbədə söz azadlığı daxil olmaqla bir sıra istiqamətlər üzrə dilə gətirilib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru