Azərbaycan 105 ermənini geri qaytarıb - AÇIQLAMA

21-10-2021, 00:05           
Azərbaycan 105 ermənini geri qaytarıb - AÇIQLAMA
“Rusiyanın vasitəçilik səyləri sayəsində 2020-ci ilin dekabrından indiyədək 122 saxlanılan şəxs dəyişdirilib”.

Bizim.Media xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Rusiya XİN rəsmisi əlavə edib ki, 2020 -ci ilin dekabrından bu yana 105 nəfər Ermənistana, 17 nəfər isə Azərbaycana təhvil verilib. Rusiya bütün istiqamətlərdə Bakı ilə İrəvan arasındakı münasibətləri normallaşdırmaq üçün lazım olan hər cür dəstəyi verməyə davam etmək niyyətindədir”, deyə Rusiya XİN rəsmisi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru