“İranla toqquşma an məsələsidir və bu an çox uzaq deyil” - İsrailli nazir

22-10-2021, 00:05           
“İranla toqquşma an məsələsidir və bu an çox uzaq deyil” -
İsrailin maliyyə naziri Aviqdor Liberman ölkəsilə İran arasında olan qarşıdurmanı dəyərləndirib.

Teref.az xəbər verir ki, nazir açıqlamasında İsraillə İran arasında toqquşmanın hər an baş verə biləcəyini bildirib.

Nazirin sözlərinə görə, İranla nüvə sazişi üzrə aparılan danışıqlar əhəmiyyətsizdir və heç bir razılaşma ölkənin nüvə proqramını dayandıra bilməz.

Qeyd edək ki, bu yaxınlarda yayılan xəbərlərə görə, İsraildə İranın nüvə obyektlərinə hücum imkanlarının artırılması üçün 1.5 milyard dollarlıq yeni fond yaradılıb./Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru