Gürcüstan Ədliyyə Nazirliyi: Saakaşvili həbsxana nizamnaməsini pozub

22-10-2021, 08:33           
Gürcüstan Ədliyyə Nazirliyi: Saakaşvili həbsxana nizamnaməsini pozub
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dünən etirazçıları həbsxana pəncərəsindən salamladığı üçün cəzaçəkmə müəssisəsinin nizamnaməsini pozub.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin məlumatında ​​deyilir.

"Bu gün Mixeil Saakaşvili duş qəbul etməyi xahiş etdi. Həbsxana işçiləri onu duş otağına apardılar. Onların duş otağına girməsi qadağan olunduğu üçün məhkumu dəhlizdə gözləyiblər. Saakaşvili isə bundan istifadə edərək duş otağının pəncərəsindən qurum qarşısında toplanan insanlara müraciət ünvanlayıb. Bununla da daxili nizamnaməni pozub", - məlumatda qeyd edilir.

Həbsxana əməkdaşları pozuntunun qarşısını dərhal alıblar. Xüsusi Penitensiar Xidməti siyasətçiyə buna görə hansı cəzanın veriləcəyini açıqlamayıb.

Qeyd edək ki, Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru