Putindən maraqlı açıqlama – “KAPİTALİZM BİTDİ, MÜLAYİM MÜHAFİZƏKARLIQ…”

22-10-2021, 08:46           
Putindən maraqlı açıqlama –
Rusiya Prezidenti Vladimir Putin kapitalizmin indiki formada özünü tükəndirdiyini söylədi.

Qafqaz.media "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın dövlət başçısı “Valday” klubunun iclasındakı çıxışında bu fikri bildirib.

"Hər kəs deyir ki, hazırda ölkələrin böyük əksəriyyətində ictimai quruluşun əsasını təşkil edən mövcud kapitalizm modeli özünü tükəndirdi. Bu çərçivədə, getdikcə içindən çıxılmaz vəziyyətə gələn ziddiyyətlər qarışıqlığından qurtarmaq üçün imkanlar sona çatdı", - deyən prezident Putinin fikrincə, dünyanın yenidən qurulması dövründə ictimai quruluşun ən ağlabatan forması "mülayim mühafizəkarlıq" hesab edilməlidir.

Rusiya Prezidentinin fikrincə, hazırda müxtəlif ölkələrin sosial-iqtisadi problemləri o dərəcədə ağırlaşıb ki, bu durum dünya miqyasında sarsıntılarla nəticələnib. Dövlət başçısı çıxışı zamanı koronavirus pandemiyasının səbəb olduğu planetdəki iqlim böhranının kəskinləşməsindən də danışıb. Putin vurğulayıb ki, anormal təbiət hadisələrinin nəticələri yalnız ölkələrin güclərini birləşdirməklə həll edilə bilər. Prezident əlavə edib ki, təbii fəlakətlər getdikcə artacaq. "Quraqlıq, sunami normaya çevrildi, biz buna öyrəşmişik, belə şəraitdə hər hansı rəqabət mənasını itirir", - deyə Putin vurğulayıb.

Prezident transseksual insanlar haqqında da danışıb: "Uşaqlara oğlan uşağının qız ola biləcəyi və əksinə qız uşağının da oğlan ola biləcəyi fikrinin sırınması dəhşətlidir. Bu, insanlığa qarşı cinayətin astanasında olmaqdır".

Qafqaz.media












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.