Rusiyaya qarşı hərbi paketi işə salırıq - Stoltenberq

22-10-2021, 08:52           
Rusiyaya qarşı hərbi paketi işə salırıq - Stoltenberq
NATO Rusiyadan artan təhlükəyə cavab olaraq bütün siyasi və hərbi tədbirlər paketini həyata keçirir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib.

“Biz bu təhlükəyə cavab olaraq, hava və raket hücumundan müdafiənin gücləndirilməsi, silahlı qüvvələrin və vasitələrin beşinci nəsil reaktiv təyyarələrlə gücləndirilməsi, təlimlərin və kəşfiyyatın uyğunlaşdırılması, döyüş hazırlığının və effektivliyinin artırılması prosesini həyata keçiririk", - Stoltenberq qeyd edib.

Baş katib əlavə edib ki, NATO beynəlxalq silah nəzarəti və nüvə silahının yayılmamasına dəstək verməyə davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru