ABŞ İranla birbaşa danışıqlara hazırdır

22-10-2021, 09:47           
ABŞ İranla birbaşa danışıqlara hazırdır
ABŞ İranla nüvə sazişi üzrə birbaşa danışıqlara hazırdır.

Trend-in məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Fayner deyib.

C.Fayner bildirib: "(İranla - red.) birbaşa danışıqlara hazır olduğumuzu açıq şəkildə bildirdik. Bizim mövqeyimiz dəyişməz olaraq qalır: biz qarşılıqlı etimad prinsipi əsasında danışıqlara qayıtmağa hazırıq".

O əlavə edib ki, ABŞ və İran arasında, xüsusən də Birgə Hərtərəfli Fəaliyyət Planına əməl etməyin nə demək olduğu ilə bağlı fikir ayrılığı hələ də mövcuddur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru