“Vaşinqton Çinlə soyuq müharibə istəmir, lakin...” - ABŞ PREZİDENTİ

22-10-2021, 11:49           
“Vaşinqton Çinlə soyuq müharibə istəmir, lakin...” -
“Vaşinqton Çinlə soyuq müharibə istəmir, lakin geri çəkilməyəcək”.

Bu barədə ABŞ prezidenti Co Bayden Merilend ştatının Baltimor şəhərində keçirilən ictimai toplantıda çıxışı zamanı bildirib.

"Mən Çin Xalq Respublikasının sədri ilə çox danışmışam və digər liderlərdən daha çox onunla danışıqlara vaxt sərf etmişəm. Mən Çinlə soyuq müharibə istəmirəm. Mən Çinin başa düşməsini istəyirəm: biz geri çəkilməyəcəyik, heç bir fikri dəyişməyəcəyik”, deyə ABŞ lideri vurğulayıb.

Bayden, eyni zamanda, ABŞ-ın Tayvanla bağlı da rəsmi mövqeyini diqqətə çatdırıb: “Çin hücum edərsə, Vaşinqton Tayvanın təhlükəsizliyini təmin etməyə hazırdır. Bəli, bizim bununla bağlı öhdəliyimiz var”./CNN












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.