"Ramiz Mehdiyev buna imkan verməzdi" - DEPUTATDAN İLGİNC AÇIQLAMA

22-10-2021, 11:44           
"Ramiz Mehdiyev buna imkan verməzdi" - DEPUTATDAN İLGİNC AÇIQLAMA
Almaniyada yaşayan həmvətənlimiz, böyük riyaziyyatçı alim, nüfuzlu Humbolt mükafatı laureatı Məsud Əfəndiyevlə bağlı paylaşımıma professor Səlahəddin Xəlilov maraqlı şərh yazıb: “Böyük riyaziyyatçımızı belə dolğun, adına layiq şəkildə təqdim etdiyinizə görə minnətdarlığımı bildirirəm. Siz adətən nobelçilər haqqında belə ürəkli yazırsınız, amma Nobel mükafatına layiq həmyerlilərimizi də unutmayaq gərək. Biz özümüzün olanı dəyərləndirməsək, dünya da ona layiq olduğunu verməz”.

Qafqaz.media xəbər verir ki, bu barədə millət vəkili Etibar Əliyev məlumat paylaşıb.

Bəs AMEA nə deyir?
Daha sonra deputat fikirlərini belə davam etdirib: “Biz sadəcə qürur hissi ilə kifayətlənməliyik? “Niyə Nobel mükafatı vermirlər” deyə yadlardan gileylənərkən, özümüzdən soruşmuruq ki, Məsud Əfəndiyev kimi adamlar nədən hələ akademik seçilməyib?!” Haqlısınız Səlahəddin müəllim! Ramiz Mehdiyev buna imkan verməzdi. Bu qədər sadə” – Etibar Əliyev fikirlərini tamamlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.