"Qarabağ məsələsini Rusiyasız həll etmək mümkün deyil" - PUTİN - VİDEO

22-10-2021, 17:35           
"Qarabağ məsələsini Rusiyasız həll etmək mümkün deyil" - PUTİN - VİDEO
Ermənistan və Azərbaycan ani maraqlarından əl çəkərək Qarabağda qan tökülməsinin qarşısını ala bildilər.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə Valday Forumunda çıxışında deyib. Onun sözlərinə görə, Qarabağda uzunmüddətli nizamlanmaya şərait yaratmaq lazımdır, tərəflər dinc yanaşı yaşamanın faydalarını dəyərləndirməlidir.

Ümumiyyətlə, belə çıxır ki, Qarabağda vəziyyəti qoruyub saxlamaq, heç də həmişə insidentlərdən qaçmaq olmur, neçə illik qarşıdurmadan sonra ideal mənzərəni təsəvvür etmək çətindir.

Nə zaman ki, regionda nəqliyyat marşrutları və iqtisadi əlaqələr açılacaq, həm Azərbaycanın, həm də Ermənistanın təhlükəsizliyinə şərait yaranacaq.

Sərhəddə vəziyyəti, delimitasiya-demarkasiya məsələsini Rusiyanın iştirakı olmadan həll etmək mümkün deyil, çünki sərhədlərin xəritələri Rusiya Baş Qərargahındadır.

Putin Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin mümkün uzadılması ilə bağlı da danışıb.

Putinin həmin çıxışını təqdim edirik:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.