Paşinyan Sarkisyandan və Koçaryandan daha çox rusiyaçı olub - GƏLİŞMƏ

23-10-2021, 09:45           
Paşinyan Sarkisyandan və Koçaryandan daha çox rusiyaçı olub - GƏLİŞMƏ
Soros Fondu Paşinyanı əvəz etməyə hazırlaşır. Bu məlumatı "Hraparak" qəzeti yayıb. Məlumata görə, son zamanlar Qərb ölkələri və beynəlxalq təşkilatların Ermənistan hakimiyyətinin davranışından açıq narazılığı müşahidə edilir. Bunun artıq Qərb tərəfindən maliyyələşdirilən KİV-lərdə əks olunduğu bildirilib. Qəzet Sorosun maliyyələşdirdiyi erməni KİV-lərinin əvvəllər Paşinyan və komandasını tərif etdikləri halda indi onu sərt tənqid etməyə başladıqlarını yazıb.

Üstəlik, ABŞ səfiri Linn Treysinin son zamanlar müxalifət və hökumət dairələri ilə görüşlərini artırdığı qeyd edilib. Görüşlərdə Treysinin Ermənistanda baş verənlərdən, xüsusilə, insan haqları sahəsində pozuntulardan narazılığını gizlətmədiyi də vurğulanıb.

Mövzu ilə bağlı siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov "Şərq"ə açıqlamasında bildirib ki, müharibədən sonra Paşinyan Sarkisyandan və Koçaryandan daha çox Rusiyaçı olub. Politoloq qeyd edib ki, Rusiyanı sözün həqiqi mənasında təhqir edən Paşinyan bu gün Rusiyanın arxasında gizlənib:

"Paşinyan bu gün Rusiyanın bütün dediklərini bir-bir yerinə yetirməklə məşğuldur. Ermənistan təbii ki, Rusiyanın maşası olmaqda davam etməkdədir. İndiki vaxtda Ermənistanın daxilində Sorosun Paşinyan hakimiyyətini dəyişməsi inandırıcı deyil. Amma eyni zamanda o da həqiqətdir ki, bu gün Ermənistan daxilində ciddi şəkildə anti-Rusiya əhvalı güclüdür.

Avropa meyilli qüvvələr Rusiyanın Ermənistandan çıxarılmasını istəyirlər. Düzdür, hazırda həmin qüvvələrin açıq-aşkar lideri yoxdur, əks təqdirdə onlar təbii ki, daha qəti addımlarla öz siyasi fəallıqlarını nümayiş etdirərdilər.

Hazırda erməni vətəndaşları pis-yaxşı Ermənistanın gələcəyini Paşinyanda görür. Nikol Paşinyan da bu istiqamətdə ikili oynamaqda davam etməkdədir. Hər halda Ermənistanda seçkilər yeni keçirilib və növbəti seçkilərə qədər vəziyyətin dəyişməyəcəyi daha böyük ehtimalla qeyd edilir".

Z.Məmmədov vurğulayıb ki, Soros Sarkisyan və Koçaryan dövründə Ermənistan cəmiyyətləri daxiilində öz fəaliyyətlərini genişləndirib:

"Nəticə etibarilə 10 ildən sonra 2018-ci ildə artıq Ermənistan gördü ki, QHT-ləri, vətəndaş cəmiyyətinin müxtəlif inistitutları, eyni zamanda bir çox jurnalistlər Sorosçu, yaxud Qərb fondlarından maliyyə alandır. İndiki halda Rusiya tam olaraq Ermənistandakı hadisələrə nəzarət edir və yeni dəyişikliklərin olması inandırıcı deyil".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.