“Böyük yeddilər”in görüşündə ticarətlə bağlı mühüm RAZILIQ - BƏYANAT

23-10-2021, 10:22           
“Böyük yeddilər”in görüşündə ticarətlə bağlı mühüm RAZILIQ - BƏYANAT
Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya ticarət nazirlərinin oktyabrın 22-də Londonda baş tutan görüşünün yekunlarına dair bəyanat qəbul olunub.

Bizim.Media xəbər verir ki, bəyanata əsasən, “Böyük yeddilər” (G7) rəqəmsal ticarət və sərhədlərarası məlumat mübadiləsi ilə bağlı razılığa gəliblər.

Nazirlər rəqəmsal ticarətin uğurlu inkişafı üçün məlumatların sərhədlərarası sərbəst hərəkətinin vacib olduğunu vurğulayıblar.

Mübadilə zamanı istifadə olunan məlumatların məxfiliyi, əqli mülkiyyət hüquqlarının və rəqəmsal təhlükəsizliyin qorunması başlıca prinsip kimi qeyd olunub.

Sadalanan prinsiplər xarici sərmayə və rəqəmsal ticarət üçün bazarların rəqabət qabiliyyətliliyini, şəffaflığını və əlçatanlığını təmin etməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.