“Ölkəni hissə-hissə təhvil veriblər və verirlər, ancaq minnət qoymaq üçün adam axtarırlar” - Abrahamyan

23-10-2021, 19:33           
“Ölkəni hissə-hissə təhvil veriblər və verirlər, ancaq minnət qoymaq üçün adam axtarırlar” - Abrahamyan
“Ermənistan Təhlükəsizlik Şurasının katibi, Müdafiə naziri İnsan Hüquqları üzrə Müvəkkilin Zod-Xəzinəvar sektoru ilə bağlı təqdim olunan hesabatlarına fəal cavab vermək əvəzinə, ilk növbədə Azərbaycan qoşunlarının mayın 12-də rahat şəkildə, döyüşlər olmadan müxtəlif dərinliklərdə necə, hansı şəraitdə daxil olduğuna cavab verməlidir”. Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan yazıb.

Abrahamyan sual ünvanlayıb ki, buna görə kim cavab verəcək?

“Təhlükəsizlik Şurasının katibi əsas problemi qoyub hekayə danışır ki, bəs çıxmaları üçün danışıq aparırıq. Müdafiə Nazirliyi deyir ki, azərbaycanlılar möhkəmləndirmə işi aparmırlar və sair. Ölkəni hissə-hissə təhvil veriblər və verirlər, ancaq minnət qoymaq üçün adam axtarırlar”, - deyə o qeyd edib.

Abrahamyan bildirib ki, Ermənistanın hazırkı hakimiyyətinin uzunmüddətli məqsədi ölkənin xarici siyasət vektorunu dəyişməkdir. Onun sözlərinə görə, regionda yaranmış hərbi-siyasi vəziyyət nəzərə alınsa, bu, qaçılmaz şəkildə Ermənistanın maraqlarına zidd olacaq.

“Bu məqsədin həyata keçirilməsi məqsədilə Ermənistan hakimiyyəti özü üçün əlverişli vaxt seçməyə çalışacaq”, - deyə Abrahamyan bildirib.

Alpər Mövludoğlu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.