“Forbes”: ABŞ Rusiya ilə savaşa hazırlaşır, may ayından… – Sensasiya

25-10-2021, 07:10           
“Forbes”: ABŞ Rusiya ilə savaşa hazırlaşır, may ayından… – Sensasiya
ABŞ Hərbi Hava Qüvvələri müharibə olacağı təqdirdə təlim çərçivəsində Şemya adasındakı Rusiya sərhədlərinə ən yaxın aerodroma F-16 qırıcıları göndərib.

Bu barədə “Forbes” jurnalının eksperti David Eks bildirib.

Materialda deyilir ki, bu ilin may ayından ABŞ Hərbi Hava Qüvvələrinin komandanlığı Alyaskada təlimlər keçir. Əsas vəzifə kiçik aerodromlara mümkün qədər çox eniş-qalxış üçün məşq etməkdir.

“Bu təlim Rusiya ilə genişmiqyaslı müharibənin məşqi idi. Hərbi Hava Qüvvələri müharibə zamanı ruslardan ballistik və qanadlı raketlərlə əsas bazalara hücum proqnozlaşdırır” – ekspert məqaləsində izah edib.

Devid Eksin yazdığına görə, bu ada Rusiya sahillərindən cəmi 200 mil (322 kilometr) məsafədə yerləşir: “ABŞ-ın heç bir aerodromu, təyyarədaşıyan gəmisi Rusiyaya bu qədər yaxın təyyarə yerləşdirə bilməz”. / teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru