Rusiya dənizdə sərhədi keçən Litva merini həbs etdi

25-10-2021, 07:49           
Rusiya dənizdə sərhədi keçən Litva merini həbs etdi
Rusiya sərhədçiləri Litvanın Klaypeds rayonunun meri Bronüs Markauskası saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə Litva XİN məlumat yayıb.

Məlumata görə, mer iki dostu ilə birgə katerdə gəzərkən Kurşsk körfəzində Rusiya sərhədinə keçib. Mer və onun iki dostunu saxlayan rus sərhədçilər sərhəd pozulmasına görə onlara ittiham irəli sürüblər.

Litva XİN hadisənin təsadüfən baş verdiyini, il ərzində su sərhədinin pozulması hallarının dəfələrlə olduğunu bildirib.

Rusiya isə heç bir şərh verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru