Ermənistanın Müdafiə Nazirliyinin əməkdaşları hərbi hissənin ərazisini 1 milyon dollara satıblar

27-10-2021, 07:08           
Ermənistanın Müdafiə Nazirliyinin əməkdaşları hərbi hissənin ərazisini 1 milyon dollara satıblar
Ermənistanın keçmiş hərbi hissəsinin ərazisini satıblar, bu barədə news.am xəbər verir. “Korrupsiyaya və İqtisadi Cinayətlərə Qarşı Mübarizə üzrə polis İdarəsindən daxil olmuş əməliyyat məlumatı əsasında müəyyən olub ki, Müdafiə Nazirliyinin dövlət orqanında təşkilati-rəhbər funksiyalarını yerinə yetirən yüksək vəzifəli əməkdaşları öz qulluq mövqelərindən nazirliyin mənafeyinə zidd olaraq istifadə ediblər. Onlar Müdafiə Nazirliyin hüquqi şəxslərə verilməyən torpaqlar siyahısına daxil edilmiş keçmiş hərbi hissənin “xüsusi əhəmiyyətli” ərazisini satıblar”. Bu barədə Ermənistanın hüquq-mühafizə orqanlarından daxil olan məlumatda deyilir. Qeyd olunur ki, ərazi 500 milyon drama (1 milyon dollardan çox – Red.) satılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru