Çin Tacikistanda hərbi baza tikir

28-10-2021, 07:58           
Çin Tacikistanda hərbi baza tikir
Əfqanıstandakı mövcud vəziyyət fonunda Tacikistan hakimiyyəti Dağlıq Bədəxşan Muxtar Vilayətində Çin tərəfindən hərbi bazanın tikildiyini elan edib. Bu barədə “Azadlıq” radiosunun Tacikistan bölməsi xəbər verir.

Bildirilir ki, yeni baza Çinin ayırdığı vəsait hesabına tikiləcək. Çin həmçinin bazanın tikilməsi üçün zəruri olan avadanlıq və materialların gətirilməsini təmin edəcək.

Hərbi obyekti Tacikistan Daxili İşlər Nazirliyinin tabeliyində olacaq.

Xatırladaq ki, iki il əvvəl “Washington Post” qəzeti yerli sakinlərə və ərazinin peyk görüntülərinə istinad edərək, Dağlıq Bədəxşan Muxtar Vilayətinin Murqab rayonunda gizli Çin hərbi bazasının yerləşdiyi barədə məlumat vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru