Bayden pandemiya ilə mübarizədə Trampdan daha üstün olduğunu açıqladı

28-10-2021, 08:39           
Bayden pandemiya ilə mübarizədə Trampdan daha üstün olduğunu açıqladı
ABŞ Prezidenti Co Bayden eks-prezident Donald Trampı tənqid edib.

Tənqidlərə səbəb vaksinasiya templərini aşağı olması və iş yerlərinin bağlanması olub.

“Tramp 90 il ərzində öz dövründə bağlanan iş yerlərinin sayı açılan iş yerlərinin sayından çox olan ilk prezident oldu. Biz isə 9 ay ərzində ABŞ tarixində bu periodda ən çox iş yeri açmışıq”, - deyə C.Bayden bildirib.

O qeyd edib ki, vaksin Donald Trampın dövründə hazırlansa da, həmin vaxt sadəcə iki milyon amerikalı peyvənd olunub. Baydenin prezidentliyi dövründə isə bu rəqəm 190 milyonu keçib.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru