Bəşşar Əsəd: "ABŞ-ın Əfqanıstandakı məğlubiyyəti yeni müharibələrə səbəb olacaq"

28-10-2021, 08:13           
Bəşşar Əsəd:
ABŞ-ın Əfqanıstan və İraqda məğlubiyyəti yeni müharibələrə səbəb olacaq.

"Report" xəbər verir ki, bunu Suriya prezidenti Bəşşar Əsəd ölkə ordusunun yüksək komandanlığı və qərargahının kurslarını bitirmiş zabitlər qarşısında çıxış edərkən deyib.

Bəşşar Əsəd qeyd edib ki, ölkəsi 2011-ci ildən bu günədək müharibədə on minlərlə itki verib, xeyli sayda insan yaralanıb.

Suriya prezidentinin sözlərinə görə, ordu xalqın inamı sayəsində güclü qalıb.

Bundan əvvəl ABŞ-ın minlərlə muzdlunu Suriya-İraq sərhədinə yerləşdirməsi barədə xəbərlər yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru