Erməni siyasi xadimlər: “Ola bilər ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması barədə müqavilədir”

28-10-2021, 13:21           
Erməni siyasi xadimlər:
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü noyabrın ilk ongünlüyündə baş tuta bilər. Ordu.az xəbər verir ki, Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artsvik Minasyan müxalifətin əsas məqsədinin erməniyönümlü olmayan yeni bir vəziyyətin yaranmaması üçün bütün mümkün alətlərdən istifadə etmək olduğunu qeyd edib.

Onun sözlərinə görə, Nikol Paşinyan indi hansısa bir şeyi gizli şəkildə etməyə davam edirsə, buna görə cavab verməlidir.

Erməni beynəlxalq hüquq mütəxəssisi Qor Hovhannisyanın sözlərinə görə, dövlət başçıları arsında müqavilə imzalanacaq.

“Lakin beynəlxalq hüquqla milli hüququ fərqləndirmək lazımdır, çünki beynəlxalq hüquqda milli qanunvericiliyin pozulması vacib deyil”, - deyə Hovhannisyan qeyd edib.

İrəvan Dövlət Universitetinin Siyasi institutlar və proseslər kafedrasının müdiri Qarik Keryan bildirib ki, imzalanacaq sənədlə bağlı yalnız fərziyyələr olduğu üçün heç kim söhbətin hansı sənəddən getdiyini bilmir.

“Ola bilər hansısa maddələri olan sülh müqaviləsidir, ola bilər ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması barədə müqavilədir, ola bilər demarkasiya haqqında müqavilədir, yaxud da hamısı birlikdədir”, - deyə o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru