Aİ “Vaqner”ə qarşı sanksiyalar tətbiq edəcək

16-11-2021, 08:35           
Aİ “Vaqner”ə qarşı sanksiyalar tətbiq edəcək
Avropa İttifaqı ölkələri XİN rəhbərləri Rusiyanın “Vaqner” özəl hərbi şirkətinə qarşı sanksiyaların hazırlanması ilə bağlı razılığa gəliblər.

Bu barədə Fransa diplomatik idarəsinin başçısı Jan İv Le Drian məlumat verib.

O, şirkəti xarici dövlətlərin işlərinə qarışmaqda və müdaxilə etdiyi ölkələrdə vəziyyəti gərginləşdirməkdə ittiham edib.

Qeyd edək ki, “Vaqner”lə yanaşı sanksiyalar hazırda bu şirkətlə sıx əməkdaşlıq edən Mali hökumətinə qarşı də tətbiq ediləcək.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru