Rusiya dövlət müşaviri: “Əgər Ermənistan KTMT-dən çıxmaq istəyirsə, yol açıqdır” – VİDEO

17-11-2021, 07:20           
Rusiya dövlət müşaviri:
Ermənistan tərəfi heç bir sülh sazişi imzalamağa hazırlaşmır.

Bunu Baku TV-yə açıqlamasında Rusiyanın birinci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru Tatyana Poloskova deyib.

O, Ermənistanın bu mövqeyinin Moskvadakı bəzi dairələr tərəfindən formalaşdırıldığını da bildirib.

“Nədənsə bizim sülhməramlılar da bu yaxınlarda baş verən terror aktından sonra terrorçunu ədalətli mühakimə üçün Azərbaycana deyil, Ermənistana təhvil verdilər. Mən bu müddət ərzində Ermənistan tərəfindən sülh sazişi imzalamaq üçün ilkin danışıqlara cəhd belə görməmişəm. Əvəzində Moskvada onların müxtəlif “sancılarını” müşahidə etmişəm”, - deyə ekspert vurğulayıb.

Poloskova Rusiyanı və KTMT-ni Ermənistanın istəklərinə alət olmamağa çağırıb və sonuncunun təşkilatdan çıxmaq istədiyi təqdirdə yolunun açıq olduğunu qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru