Bayden bildirib ki, ABŞ Cənubi Çin dənizinə gəmi göndərməyə davam edəcək

17-11-2021, 08:22           
Bayden bildirib ki, ABŞ Cənubi Çin dənizinə gəmi göndərməyə davam edəcək
ABŞ hakimiyyəti Cənubi Çin dənizinə gəmi göndərmək praktikasından imtina etmək niyyətində deyil.

Trend xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

Onun sözlərinə görə, dəniz qanunu ərazi sularını nə olduöunu müəyyən edir, və ABŞ qarşı tərəfin ərazi sularından kənarda qalmaq niyyətindədir. Bununla belə, Bayden vurğulayıb ki, rəsmi Vaşinqtona hədə-qorxu gəlmək alınmayacaq.

Çin prezidenti Si Cinpinlə baş tutan son onlayn görüşə toxunan Bayden deyib ki, bu barədə danışıq oldu və heç bir mübahisə olmadı. Söhbət faktlardan gedirdi: "Mən açıq bildirdim ki, biz "oyunun qaydalarına" riayət edəcəyik", - deyə Bayden əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.