Rusiya və Aİ Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib - Bizim XİN niyə demir ki: SİZƏ NƏ?!

17-11-2021, 17:29           
Rusiya və Aİ Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib -
Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı olub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, telefon danışığı zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində vəziyyətin gərginləşməsini müzakirə ediblər.

Baş verən silahlı toqquşmalardan narahatlıq ifadə olunub.

Bakı və İrəvanın təmkin nümayiş etdirməsi, bütün problemlərin siyasi və diplomatik üsullarla həll edilməsinin vacibliyi vurğulanıb. //virtualaz.org//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru