ABŞ İranla atomla bağlı aralıq saziş bağlamaq ideyasını səsləndirib

18-11-2021, 08:09           
ABŞ İranla atomla bağlı aralıq saziş bağlamaq ideyasını səsləndirib
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İranla nüvə sazişi üzrə danışıqların uzatmaq və Birgə Hərtərəfli Fəaliyyət Planının bərpa olunması üçün İranla müvəqqəti sazişin bağlanmasının təklif edib.

Trend-in məlumatına görə, bu barədə Axios portalı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, İsrail və Amerika mənbələri bildiriblər ki, C.Sullivan bu fikri israilli həmkarı Eyal Xulata ilə nüvə sazişi ilə bağlı növbəti addımlarla bağlı müzakirələr zamanı səsləndirib.

Amerika mənbələri qeyd edib ki, sazişin ideyası ondan ibarətdir ki, İranın uranın zənginləşdirilməsini 60% səviyyəsində dondurması müqabilində ABŞ müttəfiqləri ilə birlikdə humanitar məhsulara tətbiq olunan sanksiyalardan imtina edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru