Rusiya MDB ölkələrinin minatəmizləmə üzrə birgə humanitar mühəndis bölməsinin yaradılmasına dair sazişi ratifikasiya edib

20-11-2021, 10:20           
Rusiya MDB ölkələrinin minatəmizləmə üzrə birgə humanitar mühəndis bölməsinin yaradılmasına dair sazişi ratifikasiya edib
Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri silahlı qüvvələrinin minatəmizləmə üzrə birgə humanitar mühəndis bölməsinin yaradılmasına dair sazişin ratifikasiya edilməsi haqqında Qanun imzalayıb.

AZƏRTAC xəbər verir ki, ötən il Moskvada imzalanan sazişin məqsədi bölmənin formalaşması, fəaliyyəti, statusu, eləcə də minatəmizləmə işləri zamanı bölmədə xidmət edən hərbçilərin statusunun müəyyən edilməsidir.

Bölmənin tərkibini və komandanlığını MDB Müdafiə Nazirləri Şurası tərəflərin təklifləri əsasında müəyyən edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru