16 noybarda Xankəndidə nə baş verib? – Bu artıq konkret SİQNALDIR

20-11-2021, 13:39           
16 noybarda Xankəndidə nə baş verib? –
Hələ 44 günlük Vətən müharibəsi zamanı ermənilər Xankəndini tərk edərək, İrəvana üz tuturdular və mümkün qədər Ermənistanı da tərk etməyə çalışırdılar. Müharibə bitdikdən sonra bu köç bir müddət səngidi.

Lakin 16 noyabrda erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindəki Kəlbəcər və Laçın istiqamətində törətdikləri təxribatlarlardan sonra əhalini yenidən Xankəndini tərk etməyə başlayıb.

Sosial şəbəkələrin erməni seqmentində yazılanlarda 16 noyabrda sərhəddə baş verən insident zamanı Xankəndinin vəziyyəti təsvir olunub.

İstifadəçilər arasında Xankəndidə ölüm sükutu başladığı barədə məlumatlar yayılıb. Erməni izləyiciləri insanların Xankəndini tərk etdiklrini qeyd edərək, bu işdə Erməni hakimiyyətini günahlandırırlar.

Onlar həmçinin bildirilər ki, sərhəddə baş verənlərdən sonra Qarabağ erməniləri arasında təşviş artıb, yenidən köç başlayır. İrəvan sakinləri isə indidən bu barədə hay-həşir salaraq deyirlər ki, bu onların onsuz da ürək açan olmayan vəziyyətlərini daha ağırlaşdıracaq.

Yayılan məlumatlara görə, noyabrın 16-da sərhəddə yaşanan gərginlikdən sonra ermənilər tələsik Xankəndini tərk etməyə cəhd ediblər.

Hətta köçlərlə dolu avtomobil karvanı şəhəri tərk etmək üçün Laçın dəhlizinə doğru yön alıb. Amma separatçı rejimin başçısı Araik Arutunyan hazırda bütün yollara Azərbaycanın nəzarət etdiyini bildirərərk onları bu fikirdən daşındarmağa çalışıb.

Bu isə əhalini bir az da təşvişə salıb və onları ölüm sükutuna qərq olmağa vadar edib.

Daha bir məlumatda isə bu zaman Xankəndini tərk etmək istəyənlər arasında vaxtikən Suriyadan bura köç edən 5 erməni ailəsi olub. Onlar hətta bu barədə açıqlama verərək bildiriblər ki, “Biz onsuz müharibənin ən qaynar nöqtələrindən gəlmişik, artıq bəsdir.

Bizi bura yerləşdirəndə ərazinin hər zaman sülh, əmin-amanlıq içərisində olduğunu bildiriblər, görünür bizi aldadıblar”.

Dolaşan mülahizələr haqqında bir az erməni əmlak saytlarında araşdırma apardıq. Daşınmaz əmlak satışı elanlarına baxdıqda yayılan məlumatlar öz doğruluğunu isbatlayır. Belə ki, 16 noyabrdan sonra demək olar ki, Xankəndi ərazisində evlərin satış tempi artıb. Ev sahibləri daşınmaz əmlaklarını çox ucuz qiymətə satışa çıxarıblar.

Erməni ekspertləri isə fikirlərində qeyd edirlər ki, “onsuz da Xankəndidə yaşayan ermənilərin sayları azalıb və bundan sonra bir az da azalacaq. Pandemiya zəiflədikdən sonra oranı daha çox insan tərk edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru