“Mən onları bura dəvət etməmişəm” - Lukaşenko

21-11-2021, 07:03           
“Mən onları bura dəvət etməmişəm” -
Belarus Prezidenti Aleksandr Lukaşenko təhlükəsizlik qüvvələrinin miqrantların Polşaya keçməsinə kömək edə biləcəyini deyib.

“Qafqazinfo” xəbər verir ki, Lukaşenko bu barədə BBC-yə müsahibəsində deyib.

"Məncə, bu, mütləq mümkündür. Biz slavyanlarıq. Ürəyimiz var. Bizim təhlükəsizlik qüvvələrimiz miqrantların Almaniyaya getdiyini bilir. Ola bilsin, kimsə onlara kömək edib", - Lukaşenko qeyd edib.

Lakin o, minlərlə mühaciri dəvət edərək sərhəd böhranına səbəb olması ilə bağlı iddiaları rədd edib:

“Əgər miqrantlar gəlməyə davam etsələr, mən onları bir daha dayandırmayacağam, çünki onlar mənim ölkəmə gəlmirlər, sizin ölkələrinizə gedirlər. Amma mən onları bura dəvət etməmişəm. Açığı onların Belarusdan keçmələrini istəmirəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru