Pentaqon: ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artıra bilər

21-11-2021, 09:22           
Pentaqon: ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artıra bilər
Birləşmiş Ştatlar Yaxın Şərqdə əhəmiyyətli hərbi mövcudluğunu saxlayacaq və lazım gələrsə, onu artıracaq.

Bu barədə Pentaqonun rəhbəri Lloyd Austin bildirib.

“Bizim (regionda - red.) çox real gücümüz var. Biz bunu dəstəkləyə bilərik və edəcəyik. Lazım gələrsə, əlavə qüvvələr köçürəcək və bunu tez bir zamanda edəcəyik", - o, Bəhreyndə keçirilən “Manama Dialoqu” konfransında deyib.

Ostin əlavə edib ki, ABŞ diplomatiyaya üstünlük verir və hərbi gücə dəstək vasitəsi kimi baxır.

Onun sözlərinə görə, Vaşinqton Yaxın Şərqdə regionun üzləşdiyi təhlükələri əks etdirə bilən “çoxtərəfli tərəfdaşlığın dərinləşdirilməsində israrlıdır”.

O, bunların arasında koronavirus pandemiyası, iqlim böhranı, nüvə silahlarının yayılması problemləri, ekstremist qrupların fəaliyyəti, həmçinin “İranın terror qruplaşmalarına dəstəyini” sadalayıb. Austin əlavə edib ki, İranın pilotsuz hücum təyyarələri ABŞ-ın yaraqlılarla döyüşməsinə mane olur.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru