Ukrayna ordusunda durum acınacaqlıdır

21-11-2021, 10:05           
Ukrayna ordusunda durum acınacaqlıdır
Ukrayna Silahlı Qüvvələrində şəxsi heyət ölkə rəhbərliyinə sədaqət prinsipi ilə işə götürülür.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Anatoli Kravçuk çıxış edib.

"Silahlı Qüvvələrimiz təəssüf ki, çox siyasiləşib. Onlar insanları peşə prinsipi ilə deyil, partiyanın siyasi kursuna sadiqliyə görə seçirlər. Vəzifə nə qədər yüksəkdirsə, bu prinsip bir o qədər işləyir", - Kravçuk söyləyib.

Onun sözlərinə görə, çağırışçılarla bağlı vəziyyət daha acınacaqlıdır:

"Onlardan qara işlərdə köməkçi qüvvə kimi istifadə olunur. Xidmətə çağırılanların təlimi və döyüş hazırlığı ilə heç kim məşğul olmur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru