“Ermənistan-Naxçıvan sərhədində gömrük terminalı..." - Erməni deputat

23-11-2021, 00:28           
“Ermənistan-Naxçıvan sərhədində gömrük terminalı..." -
“Əslində biz M 2 Gorus-Qafan avtomobil yolunun yalnız bir hissəsinin itirilməsi ilə məhdudlaşmadıq, Qafan-Çakten yolunu da itirdik”.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bunu “Ermənistan” müxalifət blokunun deputatı Vahe Akopyan bildirib.

Deputatın sözlərinə görə, Anqexakot-Şaqat yolu intensiv şəkildə çəkilir: “Google-a baxsanız, Naxçıvanla sərhədin daha da uzağa getdiyini görə bilərsiniz. Artıq azərbaycanlılar orada gömrük terminalını tikib başa çatdırıblar. Onların bu sahədəki fəaliyyəti ən azı belə nəticəyə gəlməyə imkan verir ki, azərbaycanlılar bu ərazidən keçməyə çalışacaqlar”.

Akopyan qeyd edib ki, Paşinyan razılaşmalardan geri çəkilməyə çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru