ABŞ İrana qarşı sanksiyaları yumşaltmayacaq - RƏSMİ
23-11-2021, 11:53
Amerika Birləşmiş Ştatları İranı nüvə sazişi üzrə danışıqlara qaytarmaq üçün sanksiyaların yüngülləşdirilməsi kimi birtərəfli tədbirlər görməyəcək.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
Sanksiyaların yumşaldılmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən, “Biz çox açıq şəkildə bildirdik ki, hansı tərəfdən baxırsınızsa, biz hazır deyilik və sırf danışıqları davam etdirmək xatirinə birtərəfli addımlar atmayacağıq”.
“Bu, ABŞ-la yanaşı “Beş üstəgəl bir”in digər üzvlərinin (Rusiya, Britaniya, Almaniya, Çin və Fransa) maraqlarına da cavab verir”, - deyə Prays bildirib.